Ən gözəl evli qadın seçildi

3-01-2020, 20:36

Rusiyanın Sankt-Peterburq şəhərindən olan İrina Qoqol evli qadınlar arasında keçirilən “Missis Kainat Gözəli” gözəllik müsabiqəsinin qalibi olub. Asmedia.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə “MİR 24” telekanalı xəbər verib.
Çinin Quançjou şəhərində keçirilən müsabiqəyə ümumilikdə 90 gözəl qatılıb.
İrina Qoqol uşaqlıqdan voleybolla məşğul olur və hazırda Sankt-Peterburqun qadınlardan ibarət yığma komandasına başçılıq edir. Onun həyat yoldaşı da idmançıdır. Cütlüyün iki övladı var.
Qeyd edək ki, İ.Qoqol 2018-ci ildə “Vitse-missis Sankt-Peterburq”, 2019-cu ildə isə “Missis Rusiya Kainat Gözəli” və “Missis Xeyriyyəçilik” titullarına sahib olub.


İstifadəçi paneli