Nura Suri: “Atam vəfat edəndə yas mərasiminə getmədim”

22-09-2020, 22:49

Müğənni Nura Suri "Elgizlə izlə" verilişində yeni etiraflar edib.

asmedia.az xəbər verir ki, müğənni doğma atasının onlara laqeyd olduğunu açıqlayıb: "Doğma atam çox məsuliyyətsiz insan idi. Biz uşaq olanda başqa bir qadınla münasibətdə olub. Qız hamilə qalıb, ona görə atam anamdan ayrılıb. Qızın yaşı azmış, atan anama deyib ki, məni həbs edə bilərlər, boşanaq, onunla evlənim. Bir-birini başa düşərək ayrılıblar. Qız 17 yaşındaymış.

Anam başqasıyla ailə qurdu, atam da həmin qadınla evləndi. Onun beş övladı oldu, biri öldü. Atam vəfat edəndə yas mərasiminə getmədim. Elə şeylər var ki, onları hiss edərək yaşamışam. Məsələn, gedib atamgildə qalırdım, atamın da, anamın da ayrı ailəsi vardı. Amma istəyirdim, doğma ata-anam bir yerdə olsunlar.

Ögey anamın atama dediyi sözləri eşidirdim. Uşaq da olsam hər şeyi başa düşürdüm. Ögey anam atama deyirdi ki, qızın burada qalmaq istəmir, evlərinə getmək istəyir. Yalandan. Atam məndən soruşanda "hə" cavabı verirdim.

Amma mən həqiqəti bilirdim, onunların gecə söhbətini eşitmişdim. Bilirdim atama yalan deyib, bəs niyə onun sözlərinə inanırdı? Mən bunları danışmaq istəmirəm, indi anam şokdadır ki, bu hadisələri danışıram. Hər şeyi öz içimdə çəkmişəm.

Mənə atalıq edən insan isə heç vaxt ögey olduğunu hiss elətdirməyib. Uşaqlarıma babalıq edir, məktəbdən zəng olunanda o, gedir. Məni işə özü aparıb gətirirdi ki, birdən artıq söz deyən olar. Mən boşanandan sonra qardaşım da bizdə yaşayır.

Doğma atamdan doğmalıq görməmişəm. Bu adamda məsuliyyət yox idi. Bəlkə də mənim yaxşı valideyn olmağımda bu hadisələrin rolu var. Atamdakı məsuliyyətsizliyi, diqqətsizliyi gördüm və nəticə çıxardım".


İstifadəçi paneli