Röya robotla mahnı oxudu - Video

8-12-2019, 19:51

Xalq artisti Röya Ayxan "Bakutel-2019" sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Robopark stendini ziyarət edib.
Asmedia.az xəbər verir ki, o, burada nazirliyin "Robopark” zonasına İtaliyadan gətirilən dünyanın ən məşhur robotu TEOTRONİCO-nun müşayiəti ilə "Mənə sevgindən bəhs et" mahnısını ifa edib.
Qeyd edək ki, İtaliyadan məhşur pianoçu TEOTRONİCO "Bakutel-2019" 25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində iştirak etmək üçün Bakıya gətirilib.


İstifadəçi paneli