Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində səsvermənin yeri və vaxtı barədə bildirişlərin formasının, sayının və hazırlanmasına aid tələblərin təsdiq edilməsi müddəti bu gün başa çatır.
Asmeda.az Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, tələblər səsvermə gününə azı 40 gün qalanadək, yəni 2019-cu il dekabrın 31-dək təsdiq edilməlidir.
Tələblər Mərkəzi Seçki Komissiyası tərəfindən Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları"nın 2.1-ci bəndinə əsasən təsdiq edilir.
« Aprel 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |