Omana rəhbərlik edən sultan vəfat etdi

11-01-2020, 08:27

Oman sultanı Qabus bin Səid Əl Səid 79 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. 
Dövlət İnformasiya Agentliyinin məlumatına əsasən, Asmedia.az xəbər verir ki, Oman sultanı 2015-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkirdi və son vaxtlar onun səhhətinin pisləşməsi barədə dəfələrlə müxtəlif KİV-də məlumatlar yer alırdı.
Xatirladaq ki, sultan Qabus bin Səid Əl Səid 49 il (1970-ci ilin 9 avqustundan) Omana rəhbərlik edib. 


İstifadəçi paneli