Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan müsabiqənin qalibləri məlum oldu

15-01-2020, 23:41

Yanvarın 15-də Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan “AMOR Təqaüdü” müsabiqəsinin qalibləri məlum olub.
Asmedia.az Oxu.az-a istinadən xəbər verir ki, bu il, ilk dəfə olaraq Rusiya Azərbaycanlı Gənclər Birliyi tərəfindən, Rusiya Federasiyasının ali təhsil müəssisələrində təhsil alan əlaçı tələbələr, məbləğindən asılı olmayaraq təhsil haqlarının ödənilməsi üçün unikal fürsət əldə edəcəklər.
Rusiya Azərbaycanlı Gənclər Birliyinin saytında və sosial şəbəkələrdəki rəsmi səhifələrdə elan edilmiş müsabiqənin sənəd qəbulu yekunlaşıb, daha sonra tələbələrin müraciətləri müsabiqənin tələblərinə uyğun olaraq yoxlanılıb və qaliblər müəyyən edilib.
Xatırladaq ki, müsabiqədə Rusiya Federasiyasının universitetlərində əyani əsasda bakalavr və ya magistr proqramları üzrə təhsil alan əlaçı Azərbaycanlı tələbələr iştirak edib.
Rusiya Azərbaycanlı Gənclər Birliyi Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə Rusiya Federasiyasında Azərbaycanlı gənclərin vahid təşkilatda birləşməsi, onların sosial sahədə, yaradıcılıq və təhsil istiqamətlərində təşəbbüslərinin dəstəklənməsi məqsədilə yaradımlıb. Qeyd olunan layihə, təhsildə fərqlənən tələbələrə hərtərəfli dəstək göstərmək və gənclərin təhsilə olan marağını artırmaq məqsədi ilə həyata keçirilir.
Qeyd edək ki, Rusiya Azərbaycanlı Gənclər Birliyi təqaüd layihəsini bu ildən etibarən hər il keçirəcək. Bununla əlaqədar gəncləri, təşkilatın  www.amor.az  rəsmi saytını və sosial şəbəkələrdə fəaliyyətini izləməyə və gələcək müsabiqələr haqqında məlumatlı olmağa dəvət edirik.


İstifadəçi paneli