Kargüzarlığın aparılmasına görə vəsaitin hakimlərin bank hesablarına köçürülməsi qaydası təsdiqlənib

16-01-2020, 21:44

Nazirlər Kabineti “Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi Qaydası”nı təsdiq edib. 
Asmedia.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. 
Qərara əsasən; 
1. “Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi Qaydası” təsdiq edilib (əlavə olunur).  
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. 


İstifadəçi paneli