Prezident xalq rəssamını təltif etdi

15-02-2020, 17:16

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fazil İmamverdi oğlu Nəcəfovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 
Bununla bağlı Asmedia.az azərtac-a istinadla məlumat yayıb. Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Fazil İmamverdi oğlu Nəcəfov “Şöhrət” ordeni ilə təltif edilib.
F.Nəcəfov heykəltəraş-rəssam, Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycanda heykəltəraşlıq sənətində avangardlıq üslubun təsisçisidir.
Fevralın 16-da F.Nəcəfovun 85 yaşı tamam olacaq.


İstifadəçi paneli