Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib

21-02-2020, 07:56

Fevralın 20-də Romadakı Kuirinale Sarayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilib. Ziyafətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər. Dövlət başçıları ziyafətdə çıxış ediblər. Sonra Kuirinale Sarayında 2020-ci il İtaliyada Azərbaycan Mədəniyyət İlinin açılışı münasibətilə konsert proqramı təqdim olunub. Konsertdə Azərbaycan Dövlət Kamera Orkestri görkəmli Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini ifa edib.


İstifadəçi paneli