Ali Məhkəmənin sədri Tahir Kərimlinin qərarlarının “üstündən xətt çəkdi”

9-03-2020, 12:21

Ali Məhkəmənin Plenumunun bəzi qərarları qüvvədən düşüb.
Bununla bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayev qərar imzalayıb.
Belə ki, “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” 16 oktyabr 1992-ci il tarixli,  “Əmək müqaviləsinin bağlanmasının dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” 3 may 1993-cü il tarixli qərarlar qüvvədən düşüb.
Qeyd edək ki, hər iki qərar Ali Məhkəmənin həmin tarixlərdə sədri işləmiş Tahir Kərimli tərəfindən verilib.
Tahir Kərimli 1992-ci ilin 2 iyulundan 1993-cü ilin 29 iyuluna qədər Ali Məhkəməyə sədrlik edib.
Qeyd edək ki, Tahir Kərimli Milli Məclisin beşinci və altıncı çağırış deputatıdır.
asmedia.az-oxu.az


İstifadəçi paneli