Azərbaycanda rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artdı - SİYAHI
3-04-2020, 21:22
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” 2020-ci il 31 mart tarixli 122 nömrəli və “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 2020-ci il 2 aprel tarixli 124 nömrəli qərarlarında dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarına 1 nömrəli əlavə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının siyahısına daxil edilib: 1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı 3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (o cümlədən, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri) 5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 6. Azərbaycan Respublikasının Baş Prokurorluğu 7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 8. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 10. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12. Azərbaycan Respublikasının Təhsil Nazirliyi 13. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 15. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 16. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi 17. Azərbaycan Respublikasının Energetika Nazirliyi 18. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 19. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 20. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi 21. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi 22. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 23. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 24. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 25. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 26. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 27. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi 28. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti 29. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti 30. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti 31. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti 32. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 33. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 34. Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri 35. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi 36. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi 37. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi 38. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi 39. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi 40. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) 41. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 42. Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətə məxsus banklar 43. Azərbaycan Respublikasının Dövlət Neft Fondu 44. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) 45. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları 46. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 47. Azərbaycan Respublikasının Dənizkənarı Bulvar İdarəsi 48. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi 49. Azərbaycan Respublikasının Hesablama Palatası 50. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti 51. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti 52. “Azəriqaz” İstehsalat Birliyi 53. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 54. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti 55. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti 56. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti 57. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı 58. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 59. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti 60. “Azərkontrakt” Səhmdar Cəmiyyəti 61. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti 62. Bakı Nəqliyyat Agentliyi 63. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti 64. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 65. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti 66. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 67. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti 68. Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu 69. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 70. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu 71. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi 72. “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi. 73. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Həmçinin qərarla “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarına 1 nömrəli əlavə - “Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin Siyahısı”ı da genişləndirilib: 1. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti 2. “Azəriqaz” İstehsalat Birliyi 3. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti 4. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 5. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti 6. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (onun törəmə və birgə müəssisələri) 7. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti 8. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 9. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti 10. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti 11. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti 12. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti 13. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 14. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti 15. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 16. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi 17. Bakı Nəqliyyat Agentliyi 18. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 19. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti 20. Dövlət Dəniz Agentliyi 21. Dövlət Mülki Aviasiya Agentliyi 22. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi 23. Çörək və digər ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı müəssisələri 24. Bakı Şəhər İcra Hakimiyyəti və onun tabeliyindəki qurumlar 25.Şəhər və rayon icra hakimiyyəti orqanlarının kommunal xidmətləri həyata keçirən qurumları 26.“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti 27.“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti 28.“AzInTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti 29.“Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti 30.Dövlət Avtomobil Nəqliyyatı Xidməti 31.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar NazirliyininMəlumat Hesablama Mərkəzi 32.“Azercell Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti 33.“Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyəti 34.“AzerFon” Məhdud Məsuliyyətli Cəmiyyəti 35.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət və sosial reabilitasiya müəssisələri 36.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmətçiləri 37.Məişət tullantılarının yığılması və utilizasiyası müəssisələri 38. Yanacaqdoldurma məntəqələri”.