Azərbaycanda aprelin 27-dən fəaliyyətinə icazə veriləcək iş və xidmət sahələrinin siyahısı açıqlanıb

24-04-2020, 17:43

Aprelin 27-dən fəaliyyəti bərpa ediləcək iş və xidmət sahələrinib siyahısı açıqlanıb.
Bu barədə ASMEDİA.AZ-a  Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Xəbərə görə, aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:
●  fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)
●  kitab satışı
●  qəzet satışı
●  dəftərxana mallarının satışı
●  çap və sürətçıxarma fəaliyyəti
●  fotoatelye/fotostudiyalar
●  fərdi mənzillərdə təmizlik xidmətləri
●  dərzi xidmətləri
●  kosmetika və ətriyyat satışı
● geyim satışı
●  ayaqqabı və dəri məmulatlarının satışı
●  qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti
●  mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri
● kompüter avadanlıqlarının satışı və təmiri
● elektronika və məişət texnikasının satışı
● mebel satışı
● avtomobil satışı
● kimyəvi məhsulların satışı
● gül və bitki məhsullarının satışı
● kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı
● gübrə və aqrokimyəvi məhsulların satışı
Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır.


İstifadəçi paneli