Prokurorluq: Adam öldürən şəxslərin məsuliyyətindən azad olunmalarına dair məlumatlar əsassızdır

24-04-2020, 17:51

Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən paytaxtın Binəqədi rayonu ərazisində qəsdən adam öldürmə cinayətinin iştirakçısı olmuş şəxslərin guya cinayət məsuliyyətindən azad olunmalarına dair əsassız məlumatlar yayılıb.

Bakı şəhər Prokurorluğundan ASMEDİA.AZ-a verilən məlumata görə, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur: “Belə ki, 2019-cu il mayın 9-da saat 23 radələrində Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 2008, 2012, 2013, 2014-cü illərdə Cinayət Məcəlləsinin 315.1, 315.2, 221.1-ci maddələri ilə məhkum olunmuş 1988-ci il təvəllüdlü Emin Səfərovu çoxsaylı bıçaq xəsarətləri ilə qəsdən öldürməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılıb.

Həsən Tağıyev 10 may 2019-cu il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulmaqla ona həmin maddə ilə ittiham elan olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


İstifadəçi paneli