Saakaşvili Ukraynada baş nazirin müavini təyin olundu-DÖVLƏT ÇIXIŞ YOLUNU TAPDI

25-04-2020, 22:01

Xəbər verildiyi kimi, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Ukraynada baş nazirin müavini vəzifəsinə təyin edilib.Bu təyinat gürcüstanda rusmeyilli hakimiyyətin xoşuna gəlməyib.
Gürcüstan KİV-i yazır ki, Xarici İşlər naziri David Zalkaliani Zelenskinin belə qərar verməsinə təəssüflənib.
Birləşmiş Milli Hərəkatın üzvü və Ukrayna Milli Polisinin keçmiş başçısı Xati Deknoidzenin sözlərinə görə, Gürcüstan hökuməti praktiki olaraq Ukraynaya diplomatik müharibə elan etmək qərarına gəlib.
Artıq Ukrayna parlamenti president Zelenskinin təqdimatı əsasında M.Saakaşvilini baş nazirin müavini vəzifəsinə təsdiq edib. Bununla da Ukrayna hakimiyyəti ölkədə islahatların gedişini sürətləndirmək istədiyini həm daxili, həm də xarici auditoriyaya rəsmən bildirmək istəyir. Prezident Zelenski ikraynanın pandemiya dövründən sonrakı zamanında məhz Saakaşvilinin nüfuzu. təmizliyi, bacarığı və ABŞ-Avropa ğlkələri arasında olan populyarlığına rəğmən ölkəsini həm iqtisadi, həm də siyasi böhrandan minimum itiklərlə çıxarmağı planlaşdırır. Görünür, cənab Zelenskinin başqa çıxış yolu qalmamışdır.  

ASMEDİA.AZ


İstifadəçi paneli