TURAN PARTİYASI MƏMMƏDYAROVUN İSTEFASINI TƏLƏB ETDİ – Cahandar Bayoğlundan sərt açıqlama

25-04-2020, 22:07

Rusya xarici işlər nazirinin Dağlıq Qarabağ probleminin mərhələli həlli İlə bağlı açıqlaması, Azərbaycan Respublikasının suveren hüquqlarına qarşı yönəlmiş olsa belə, Ermənistan xarici işlər naziri işğalın davam edəcəyini və hərbi savaşın olmasını belə, istisna etməyib.
Turan Partiyası Təşəbbüs Qrupunun başqanı Cahandar Bayoğlu hesab edir ki, belə bir durumda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmilərinin və şəxsən nazir Elmar Məmmədyarovun açıqlamaları, dövlətimizin siyasətini əks etdirməyən, müstəqillliyimizə zidd açıqlamalar vermiş, erməni maraqları qarşısında Azerbaycanı və xalqımızı əzdirmişdir:
“Turan Partiyası Girişim Kurulu bu kimi halların dəfələrə təkrarlanmasını nəzərə alaraq, xarici işləri nazirinin dərhal istefa verməsini tələb edir, nazirliyin və bütün diplomatik nümayəndəliklərin yenidən qurulmasını məqsədə uyğun sayır. Eyni zamanda qısa bir müddətdə Qarabağda hərbi əməliyatlara başlayıb, suveren hüquqarımızın bərpası üçün hərbi vəziyyətin elan olunmasını zamanın tələbi kimi dəyərləndirir”.
ASMEDİA.AZ hesab edir ki, rusiya və Ermənistan dövlətləri səviyyəsində cənab E.Məmmədyarovun istefaya göndərilməsinə heç vaxt razılıq verə bilməzlər. 


İstifadəçi paneli