Ekologiya Nazirliyinin məsuliyyətsiz məmurlarından PREZİDENTƏ ŞİKAYƏT

30-04-2020, 16:24


Oğuz rayonun Dəymədağlı kənd sakini Kərimov İlqar Baba oğlu tərəfindən dövlət başçısına və aidiyyatı dövlət qurumlarına 

“Ekologiya Nazirliyinin süründürməçi, məsuliyyətsiz, məmurlarının qanunazidd hərəkətlərinin dərhal qarşısının alınması” barədə şikayət məktubu ünvanlamışdır. Bir nüsxəsi də ifadetv.com saytına göndərilən şikayət ictimai və dövlət əhəmiyyəti kəsb edtdiyindən onu oxucularımıza təqdim edirik:
 
Mən, Oğuz rayonun Sincan kəndinin girəcəyində, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 94-cü km-də, sağ tərəfdəki mühafizə zolağından kənarda Gülay osmanovla birlikdə 2014-cü ildən ərzaq marketi inşa etmişik. Lakin bizim marketə giriş-çıxışı əngəlləmək üçün qonşu marketin sahibi tərəfindən gecə içən qanunsuz olaraq dekorativ gül kolları əkilmişdir.Və bu günə kimi də bizi ölümlə hədləyir ki, əkdiyi kolları çıxarsa öldürərəm hamını. Biz də məslənin qanuni həll olunmsı üçün 2016-cı ildən Azəravtoyola” müraciət etdik. Cavab verdilər ki, yaşıllığın köçürülməsi bizim səlahiyyətizidə deyildir. Yerli Sincan Bələdiyyəsi də rəsmən razılıq veribdir ki, kolların məktəb ərazisinə köçürülməsi vacibdir. Oğuz rayon İH-nin Baş memarından da 2014-cü ildən razılıq almışdıq ki, bu ərazidə sahibkar kimi obyekt tikib istifadə edə bilərik.
   Biz Ekologiya Nazirliyinin aidiyyatı üzrə əvvlki 11 saylı ( hazırda 6 saylı) Təbii Sərvətlər İdarəsinin rəisi olmuş və hazırda həmin idarədə şöbə rəisi olan Əlirza Əliyevə müraciət etdik. O da şəxsən gəlib əraziyə baxı keçirdi və gül kollarının köçürülməsi üçün rəy alınmasını və bununla yolun açılmasını bildirmişdir. O texniki məslələrin həlli üçün 2 min manat pul lazım olduğunu bildirmişdir. Mən də 2016-cı il mayın 5-də İdarədə Ə.Əliyevin köməkçisi olan inspektor Cığıyev Nərimana 2 min mnat pulu verdim. O gündən indiyədək 4 ildir ki, Əlirzanın qapısına ayaq döyürəm. Hər dəfə də düzələr, həll edərik və s. sərsəm süründürməçi sözlər işlədib məni yola salır. Ona görə də mən 30.07.2019-cu ildə Ekologiya və Təbii Sərvətlər naziri muxtar Babayevin qəbulunda oldum. O da indiki müdir Ziya Cəbrayılova məslənin həlli üçün göstəriş verdi. Amma 10 aydır ki, heç bir hərəkət yoxdur. Budur, 4 aydır ki, hər şeydən bezib marketi aşmışıq. Alıcıların marketə daxil olmasında çətinlik var. Amma baxan yoxdur. Oğuz rayon İcra başçısına, baş memara, Ekologiya İdarəsinə, nazirə müraciətlər etsək də faydası olmayıb.
Biz də məcbur olub bir sahibkar kimi, indiki pandemiya dövründə dövlətimizin başçısına və yuxarı orqanlara müraciət edirik. Nəticəsi olmasa, ailəmlə birlikdə aclıq aksiyasına başlayacağam ki, qoy süründürməçi və məsuliyyətsiz məmurlar utansınlar.
Cənab Prezident!  Çox xahiş edirəm ki, ETSN naziri və onun 6 saylı İdarəsi rəhbərliyi məni saldıqları süründürməçiliyə son qoymasını, 4 il əvvəl aldıqları 2000 manat pulumun dərhal geri qaytarmaları və qanunsuz, plansız və şəxsiqərəzliklə marketimizin qarşısında əkilmiş kolların məktəb həyətinə köçürülməsinin təmin edilməsi barədə aidiyyatı üzrə göstəriş verəsiniz. 


İstifadəçi paneli