Elnur Allahverdiyev: “Güzəşt almaq istəyən sahibkar fəaliyyətində şəffaf olmalıdır”

23-05-2020, 20:06

“Qlobal pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməməsi səbəbilə hökumətin həyata keçirdiyi tədbirlərin bir qismi də özəl sektor təmsilçilərinə münasibətdə tətbiq ediləcək güzəştlərdir. Bu güzəştlər sahibkarlıq subyektlərinə postpandemiya dövründəki fəaliyyətlərində ciddi dəstək ola bilər”.  
Bunu “ASMEDİA.AZ”ya açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib. 
Millət vəkili bildirib ki, güzəştlər dövlətin özəl biznesə dəstəyinin növbəti mərhələsidir. Əgər sərt karantin rejimində hökumətin sektor təmsilçilərinə ayırdığı maddi dəstək onlara çətin dövrdə, fəaliyyətsizlik şəraitində edilən yardım idisə, güzəştlər sahibkarlıq subyektləri üçün pandemiyadan sonrakı mərhələdə hava-su kimi  lazımdır.


İstifadəçi paneli