Düşərgə vuruldu, Baş Qərargah rəisinin oğlu öldü

27-05-2020, 13:24

Husi qruplaşması Marib şəhərində Yəmən Müdafiə Nazirliyinin və Baş Qərargahının istifadə etdiyi hərbi düşərgəyə raket zərbələri endirib.
ASMEDİA.AZ xəbər verir ki, bu barədə Yəməndəki hərbi mənbələr məlumat yayıb.
Hücum Yəmənin Müdafiə naziri Məhəmməd Əli Makdaşi və Baş Qərargah rəisi Sağir bin Əziz başda olmaqla, ordunun yüksək rütbəli zabitlərinin iştirakı ilə keçirilən iclasda baş verib.
Bildirilir ki, hücum zamanı Baş Qərargah rəisinin oğlu Fəhd bin Əziz və yaxın qohumu Əbdülkavi Əli bin Əziz həlak olub.
Bundan başqa, 5 əsgər də həyatını itirib.
Müdafiə naziri Məhəmməd Əli Makdaşi və Baş Qərargah rəisi Sağir bin Əzizin xilas olduğu deyilir.
Qeyd edək ki, hadisə ilə bağlı nə Yəmənin rəsmi qurumları, nə də husilər tərəfindən açıqlama verilib.


İstifadəçi paneli