AM Şurasının qara yeri.

2-05-2014, 19:01

AM Şurasının qara yeri.


Svilyasiyadan izolyasiyaya


Azərbaycan adlı Respublikamız təbii resursların hesabına məğlub, qürursuz, günahkar mənfi yüklənmiş imicini bərpa etmək amacıyla, demokratiyanın beşiyi, super dövlətlərdən petisiyalar, postrlar vasitəsilə dəstək istənilsədə, beynəlxalq aləmdə yeri qara siyahıda ilbəil önlənilməkdədir. Bu tendensiyanı illərdir ki, şillərdən başqa hər kəs görür, bilir, anlayır. Görəsən bu niyə belədir? 

Doğrudanmı bütün dünya “analoqu olmayan inkişafımız”dan öfkələnir, gözü götürmür... Əsla bu belə deyil. Tam əminliklə deyə bilərəm ki, Amerika, Avropa kimi super güclər nəinki Azərbaycanda,eyni zamanda bütün dünyanın inkişafında maraqlıdır o halda ki, həmin ölkələrdə sözün əsl mənasında demokratiya var, İnsan hüquqlarına və söz azadlığına hörmətlə yanaşılır, təqdir edilir. Demokratiyadan, insan haqlarından, söz azadlığından gecə-gündüz dəm vurmaq, “biz demokratik təchizatlar uğrunda addımlayırıq” deməklə, yalnız özünüzü aldada bilirsiniz, çünki Azərbaycandan başqa heç bir ölkədə, hətta Özbəkistanda belə eynək taxıb, millətlə boks oynamırlar. 

Biz bir dövlət-millət olaraq, milli və demokratik məfkurəmiz, itirilmiş torpaqlarımızın qaytarılmasına olan münasibətimizdir.

Ermənistanın eks prezidenti Serj Sarkisyan Qarabağın işğal olunmasında, Xocalı qətliamında bilavasitə rəhbərlik etmiş və həmin dövrdə müdafiə naziri olmuşdur. Serj Bakının ulduz politoloqlarının, sosioloqlarının, ekspertlərin absurd bleflərinin rənginin əlvanlığından asılı olmayaraq, törətdikləri ilə qürur duyur, hətta azyaşlı məktəb şagirdlərilə görüşərkən “biz öhdəmizə düşənləri etdik, növbə sizindir” mesajını verməklə qalib, məğrur, qürurlu olduğunu ermənicəsinə israr etməsi də, onun siyasi ətrafinda nikbin notlarla falçılıq edənlər üçün tərs sillə deyilmi?

Serjin qətiyyətli siyasi iradəsini təqdim edən erməni mediası isə millətçilik-dövlətçilik naminə işlərini elə qururlar ki, bu strategiya birmənalı olaraq ermənilərə xeyir gətirmiş olsun və gətitir də. Təsəvvür edin ki, öz vətəndaşları belə seyr etməyən Azərbaycan televiziyalarında ermənistanın mənfi reputasiyasına hesablanmış blef-bayağı təbliğatda israr edilir ki, “ermənistandan ermənilər köçüb gediblər, qalanlar sahibsiz qocalardır və s, ardinca elə həmin TV-lər məlumat yayırlar ki, prezident seçkisində 2 milyon 500 min ermənistan vətəndaşı seçici hüququna malikdır, növbəti yalan iddialarında ermənistanda aclıq, səfalət içərisində olması gündəmə gəlir, ardınca özləri öz yalançı kimliklərini ortaya qoyurlar ki, “ermənistan respublikası transmilli layihələr həyata keçirir, Suriyaya humanitar yardımlarından... bəhs edilir. Ən nəhayət utandırıcı, rüsvayçılıq məqamı isə milyardlar hesabına Azərbaycan adını “təmizləmək” və nəhayətdə “ucaltmaq istəyən” Ramiz Mehdiyev, Əli Həsənovun ideoloji təbliğat maşını tərsinə işləməklə, Prezident İlham Əliyev 2012-ci il-korrupsiyanı araşdıran Beynəlxalq Jurnalistlər şəbəkəsi, mütəşəkkil cinayətkarlıq və korrupsiya sahəsində “ilin adamı” elan edir. 

Beynəlxalq Jurnalistika anlayışını anlayan hər kəs yaxşı bilir ki, bu mötəbər təşkilat – milli jurnalistlər ittifaqlarını, jurnalist qruplarını və ayrı-ayrı jurnalistləri birləşdirən beynəlxalq təşkilat 1946-cı ildə Kopenhagendə Jurnalistlərin Beynəlxalq Konqresində təsis edilmişdir. 

1926-cı ildə təsis edilmiş Beynəlxalq Jurnalistlər Federasiyasının varisidir. Sülhün müdafiəsi, beynəlxalq dostluğun möhkəmləndirilməsi, düzgün informasiya uğrunda mübarizə BJT-nın əsas məqsədidir”. Azərbaycan Respublikasının Prezidenti Beynəlxalq Jurnalistlər şəbəkəsi tərəfindən belə bir statusla elan edilirsə, sözsüz ki, həmin statusun yaranışında Prezident tərəfindən maliyyələşən bütün qurumların, ən əsası Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov adına mətbuat şurasının üzvlərinin danılmaz zəhmətləri vardır.


Nədir bu MŞ-çıların əməyi?

 Beynəlxalq Jurnalistlər Federasiyası, ölkəsində İnsan hüquqları ilə bağlı, Jurnalistlərin üzünə ictimaiyyətin fəal fahişələrini qoyub, şərlətdirib türmələrə göndərməsilə bağlı repressiyaya son qoyulmasından, könüllü olaraq üzv olduğu qurumlar və eyni zamanda AŞPA qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə cağırışlar edir, bəyanatlar verir, lazım gəldikdə adını qara siyahıya salır, qapançı təfəkkürlü, sir sifətindən peyinlik tökülən yaramaz bir dəstə guya ki, adekvat cavab olaraq, onları saymayan, onlardan üstün olan Jurnalistlər üçün qeyri leqal siyahı tərtib edib, adqoyma mərasimi keçirirlər.


Qara siyahı - reket.

Bu ada layiq olanlar-əqidəli,  müstəqil, vicdanlı, ədalətli Jurnalistlərin olmasına artıq cəmiyyətdə heç kəsin şübhəsi qalmayıb. Dünya bu ölkədə baş alıb gedən repressiyanın, insan haqlarının, söz azadlığının reytinqinə görə 162-ci yerlə mükafatlandırıb. İlk öncə reket sözü nə demekdir, sözün müsbət və mənfi təzahürlərinə nəzər yetirək və baxaq görək ki, MŞ-çıların təsis etdikləri reket nominasiyasına görə, ölkə başçısının adının mütəşəkkil cinayətkarlıq və korrupsiya sahəsində “İlin adamı” elan edilməsində nə dərəcədə rolu olmuşdur...

Ümumiyyətlə reket cinayəti ağır cinayətlər kateqoriyasına aid edildiyindən, belə cinayətlər adətən o dövlətlərdə baş verir ki, həmin dövlətlərdə mafiya dövlət aparatında kök salır, banditizmi idarəçilik formasında həyata keçirilir. Deməli ölkədə bütün hökumət strukturlarında çalışanlar çapıb-talayırlar, amoralizm dövlətin prioritetidir ki, jurnalist də status-kvodan istifadə edib, istədiyi mənuru şantaj edib, istədiyinə nail ola bilər. 

Əks halda Jurnalistin əldə etdiyi erotik pozalar, rüşvət alma epizodlarının yayılacağından ehtiyatlanıb, hesablaşırlar. Başqa cür necə ola bilər ki, ??? Əgər sən əməli saleh doğru-dürüst məmursansa, nədən ehtiyatlanmalı, qorxmalısan? Yox, əgər Jurnalist hər hansı bir şəxs barəsində təhqir, böhtan atırsa, normal ölkələrdə bunu məhkəmələrdə çözürlər. Sivilyasiyadan izolyasiya olmuş, feodal təfəkkürlü AM şurasında yox. 

Digər tərəfdən normal ölkələrdə Jurnalistin istənilən şəxsdən, hətta Prezidentdən məlumat almaq səlahiyyəti var və bu məlumatın verilməsi, junalistə verilən hər hansı imtiyaz olaraq deyil, Konstitusion haqqı olduğu qanunla təsbit edilir. 

Azərbaycan Respublikası Konstitusiyasında mövcud reallıqları əks etdirməyən, formal olaraq 47-ci (fikir və söz azadlığı) və 50-ci (məlumat azadlığı) maddələrdə də bu hal təsbit edilmişdir. Əli Həsənov adına MŞ-çılar bununla da isbat etmiş olurlar ki, Konstitusiyadan da yazmaq olar, demokratiyadan da dəm vurmaq olar. Lakin Azərbaycan reallığında bunları sivil qaydada həyata keçirmək olmaz. 


 Reket nominasiyasının birinci tərəfi.


2-cisi MŞ-çıların ad qoydu, göbək-sünnət kəsdi və s. kimi mərasimləri keçirmək arzusu ilə dominantlıq qazanmaq istəyirsə bu arzularını “ailələri”nə könüllü daxil olmuş ildə becər, ayda becər kiloluq qəzetlərində həyata keçirsə unikal olmazmı? 

Azərbaycan nəşriyyatının 99 faizi MŞ-çıların koalisiyasına daxil edilmiş yolçular deyilmi? 

Digər tərəfdən MŞ adlı naxırı bioloji, fiziki, mənəvi qəbul etməyən, üzv olmağı özünə təhqir hesab edən hər hansı bir media quruluşu barəsində fikir, söz söyləmək, öz adını qoymaq yaramazlığının başqa adı nədir?

 Kimsən, nəsən, hansı haqq və hüquqla belə bir cəsarət sahibinə çevrilə bilirlər?!

Bəlkə mafia dövləti öz içində ayrı-ayrı “obşak” qrupu yaradıb?


  Fərqli sahələr üzrə “obşak” qrumu yaradıb, xəbərimiz yoxdur. Heç bu bədbəxtlərin belə bir statusla çıxış etməsi şansları da sıfırla sıfır arasındadır. Eşələdikcə əcaib iy qoxuyur. Xəyanət, əxlaqsızlıq, məsləksizlik, işverənlik, yengəlik... Adətən kiməsə də reket, cibgir, bariqa, killer və s. kimi adlarla yalnız cinayətkar aləmdə adlandırmaq mümkündür ki, bunu da yalnız oğrular həyata keçirilər. Elə də olur ki, qanuni oğrunun özü belə yalnışlığa yol verdikdə bu adlarla deyil, MŞ-çıların cərgəsində çoxluq təşkil edən rüsvayçı adlarla mükafatlandırılır. Müqayisənin fonunda Əli Həsənovu oğru kimi təqdim etmək istəmirəm. Çünki Əli Həsənov ən yaxşı halda Ramiz Mehdiyevlə dövlətdən mətbuatın “inkişafi” adı altında ayrılmış pulların oğruçusu ola bilər və özlərinin etiraf etdikləri kimi yumurta, konfet, vazilen, telbasan, qatıq, qadın alt paltarları və s. qəzet köşklərində  sata bilərlər.  Eyni zamanda Əli Həsənov dekorasiyası Əflatun Amaşov və mənəvi atası Ramiz Mehdiyev anlamalıdırlar ki, onların nə keçmişdə, nə bu günkü gündə əldə etdikləri “uğurlar”ı imkan və icazə vermir ki, nəyinki hansısa bir junalistə, heç masaj salonunda qədim peşə sahibinə söz deyib, fikir söyləsinlər!

 Çünki onlar bütün kriteriyaları ilə Həsənovdan, Amaşovdan, Mehdiyevdən və onlara trolluq edən şaybalarından müqayisə olunmayacaq dərəcədə mənəvi üstünlükləri var. 

Sətirləri oxuyan dəyərli oxucularım tərəddüdlə soruşacaqlar ki, onda bu çete hansı zərurətdən, nə məqsədlə millətin dəyərli övladlarına çamur atırlar?

İlk olaraq bu adamların qazancları, yaşamları silinməkdə olan mənəvi dəyərlərin, genetik kodların aşılanmasından çıxdığı üçün bütün jurnalistləri özləri və ətraflarındakı kimi – muti, yaltaq, işverən, başıaşağı, üzüyola görmək istədiklərindən, cəsarətli-mərd-əqidəli-mənəviyyatlı-savadlı qələm sahiblərinə reket deməklə, tulası olduqları və yallandıqları dairələrin qaranlıq əməllərinin izini itirməklə, öhdəliklərini, xislətlərinə yaraşan şəkildə bir daha biruzə verirlər. Hansi ki, Jurnalistin əsas keyfiyyətlərindən birincisi onun inqilabçı olmasıdır. Əli Həsənov adına MŞ-çıların idarə heyətinə nəzər yetirsəniz, orada kimlərin təmsil olduğunu görərsiniz. Əksəriyyəti keçmişlərinin girovluğundan qurtula bilməyən namus, məslək, əqidə alverçiləridirlər.


Məqsəd və amalları birdir.


Nəyin bahasına olursa - olsun hökumətdən qopardıqları ianələrin tempini qoruyub saxlamaq, şuraları barədə cəmiyyəti məlumatsız qoymaq isterikası. Başda Əli Həsənov olmaqla, onun hüquqsuz dekorasiyaları bütün təşkilatlardan dilən payı aldıqları üçün araşdırmaçı jurnalistlərin qarşısını almaqdan, susturulmasından ötürü qulluqçusu olduğu cinayətkar məmur şəbəkəsinə göstərdikləri ayı xidmətidir.

İstər Prezident yanında KİF tərəfindən, istərsə də digər bütün sahələrdən alınan ianələrin, imtiyazların bilavasitə PA-nın ictimai-siyası şöbəsinin müdiri Əli Həsənovun sayəsində baş tutur. 


Azərbaycanlı jurnalist axçiki və erməni dığaları.


Hər halda dünən və bu gün Azərbaycan mediası öz tənəzzül dövrünü yaşayır və yaddaşlarda Sevan gölü ətrafında erməni dığaları ilə Ə.Həsənov jurnalistikasının axçiklərinin cütləşmələri ilə yadda qalıb. Digər yaşanan yaddaşlarsa Amerikanın, Almaniyanın, Fransanın, Böyük Britaniyanın nüfuzlu media korporasiyalarında yayımlanan Azərbaycan gerçəklikləridir. Büdcədən ölkənin müsbət təbliğ olunmasından ötrü ayrılmış milyardlar bir anın içərisində bumeranq effekti verərək Azərbaycan informasiya müharibəsində də 0:11 hesabı ilə təkcə erməniyə məğlub olmaqdadır. Digər tərəfdən mətbuatda yaşanan tragikomik fəsillərdən biri də budur ki, dövlət hesabına maliyyələşən kiloluq qəzetlər yerli-yersiz müxalifət adlı toplumu söyür, alçaldır, ermənilərlə eyni missiyaya qulluq etdikləri ilə bağlı rəsmi bəyanat yaysalar da...

Qarşı tərəf də öz ampulasında söydüyünü söyür, öydüyünü öyür. Nəhayətdə müxalifətdə mövcud iqtidarın fəaliyyətsizliyini ifşasının nəticəsi və cavabı olaraq, KİF tərəfindən mükafatlandırılır. Bunun adı nədir? “Demokratiya”mı? – Tfu.... Yox, yox. Bunun adı maniyalıqdı, mazaxizmidir, danabaşlıqdır. Mahiyyət və xislət etibarilə bir qrupun mahiyyətidir.

Son olaraq, AM şuraçıların BÖYÜKLƏRƏ çamur atmaqla, qara siyahı tərtib edib, reket filan demekdənsə, mənəviyyatınızdakı mutasiyalaşmış qaralarınızı, müalicəsi mümkün olmayan mənəviyyatınızdakı qara yaralarınızı müalicə edin. 

Dünya am-a-şov kimi virusların əməyinin nəticəsi olaraq, ölkənin üzərindən qara xətt çəkib.

 Azərbaycan insanlığın, haqq-ədalətin, azad sözün, mətbuatın məzarı, işgəncələr diyarı olduğunu öz hesabatlarında təqdir edib, ölkə başçısını 2012-ci ilin “mütəşəkkil cinayətkarlıq və korrupsiya sahəsində “İlin adamı” elan edir, MŞ-çılar da bir ucdan ölkənin ləyaqətli vətəndaşlarının adlarını qaralamağa fürsət axtarırlar. Siz kimsiniz, sizin mənəvi haqqınız çatırmı ki, doğrunu yalandan, əyrini düzdən ayırasınız? Bunlar hansı millətə, hansı dövlətə xidmətçilik, nökərçilik edirlər?

 21 ildir ki, Qürurun, namusun, qeyrətin girovluqdadır.Torpaq Vətən müqəddəsliyi bayağılaşıb, gender bərabərliyi adı altında qız gəlinin bir hissəsini harınlamış məmurların himayə etdikləri barlarda, saunalarda, bir hissəsini Dubayda, Pakistanda,Hindistanda, Türkiyədə istismar etdirilir.Bunlar sənin harandır, kimlərindir, MŞ-çı am-a-şovçular? Kənardan cazibəli, içindən iyrənc anarxiyadır bütün baş verənlər. Hətta “rüsvayçılıq” sözüdə baş verənlərin mahiyyətini, miqyasını tam anlamada ehtiva etməkdə acizdir. Birdə ki, əxlaqdan məhrum siyasətdə qanunlar nə iş görə bilər ki?

Ona görə də Azərbaycan dünyada müstəqil Jurnalistlərin, media-mətbuat mənsublarının zindanıdır. Azərbaycanda qələm, danışıq və düşüncə azadlığı zərrə qədər belə yoxdur. Xoşa gəlməyən beyinləri partladıb, qolunu qandallayıb, dilini kəsirlər. Bütün bu imic və reputasiyaların əldə olunmasında müstəsna xidmətləri olan sivilyasiyadan izolyasiya edilmiş Milli gədalara və Media gənələrinə (“general”) deməyə sözün özü belə utanır!



01.02.2013      



İstifadəçi paneli