Baş prokuror kürəkənini işdən çıxardı

3-06-2020, 21:13

Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan kürəkəni ilə bağlı əmr imzalayıb.
ASMEDİA.AZ xəbər verir ki, əmrə əsasən, Səbail rayon prokurorunun müavini Orxan Nuriyev vəzifəsindən azad olunub.
Orxan Nuriyevin başqa dövlət qurumunda vəzifəyə təyin olunduğu bildirilir.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumatı təsdiqləyib.
Qeyd edək ki, Orxan Nuriyev Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin sabiq müdiri, 2019-cu ildən ədliyyə nazirinin müavini işləyən Eldar Nuriyevin oğludur.


İstifadəçi paneli