Novruzov: O, Baş prokurora həyət süpürtdürürdü

6-06-2020, 00:56

Daxili Qoşunların komandiri Surət Hüseynovun əsirliyində idi. Surət Hüseynov Baş prokurora kazarmanın həyətini sürüptdürürdü. Biz Gəncədə bunun şahidi olmuşuq.
ASMEDİA.AZ xəbər verir ki, bu sözləri YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında 4 iyun 1993-cü il qiyamı barədə danışarkən deyib.
“Surət Hüseynov Əli Kərimlini, İsa Qəmbəri dar ağacından asacaqdı. Heydər Əliyev onları xilas etdi. İki il Kələkidə gizlənən Əli Kərimli indi qəhrəman kimi danışır, demokrat donu geyinib ortaya düşüblər. Tarixi saxtalaşdıranlara qarşı mübarizə aparmalıyıq. Tarix gələcək nəsillər üçün ibrət dərsi olmalıdır”, - o bildirib.


İstifadəçi paneli