DMX rəisi vətəndaşları bu formada qəbul edəcək

10-06-2020, 21:09

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov tərəfindən vətəndaşların videoqəbulunun keçirilməsi nəzərdə tutulub.
DMX-dən ASMEDİA.AZ-a bildiriblər ki, videoqəbulda iştirak etmək istəyən vətəndaşlar Xidmətin internet səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.
Qeydiyyatdan keçmiş şəxslərə qəbulun keçirilmə forması və vaxtı barədə əlavə məlumat veriləcək.
Qəbulda iştirak edəcək şəxslər şəxsiyyətini təsdiqləyən sənəd (əcnəbi olduğu təqdirdə yaşama icazəsi və ya xarici pasportları) təqdim etməlidirlər.


İstifadəçi paneli