Avropadan Paşinyana ilk çağırış edildi

19-06-2020, 00:53

Avropa Xalq Partiyası Ermənistanda demokratiyanın geriləməsinə dair çoxsaylı hallardan narahatdır.
ASMEDİA.AZ xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində partiyanın rəhbəri Donald Tusk paylaşıb. O, Ermənistan hökumətini müxalifətə qarşı təzyiqlərdən çəkinməyə çağırıb.
Qeyd edək ki, Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyanın deputat toxunulmazlığı ləğv edilib. Çarukyana qarşı təzyiqlərə etiraz edərək, aksiya keçirənlərə isə zor tətbiq olunub və 100-dən artıq şəxs həbs edilib.
Ölkədə başlayan repressiyalara beynəlxalq qurumların səssiz qalmasına erməni siyasətçilər narazılıqlarını ifadə etmişdilər.


İstifadəçi paneli