Rusiya sərhədləri açır? - Kremldən açıqlama

3-07-2020, 21:25

Koronavirus səbəbilə bağlanan sərhədlərin açılması məsələsi hələlik müzakirə edilir.
ASMEDİA.AZ xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.
“Bu barədə bəzi dövlətlərlə danışıqlar aparılır, ancaq hələlik konkret heç bir qərar verilməyib”, - deyə sözçü bildirib.
Qeyd edək ki, Rusiya dünyada yayılan COVİD-19 pandemiyası ilə bağlı martın 27-dən etibarən yük və poçt reysləri istisna olmaqla bütün uçuşları dayandırıb.


İstifadəçi paneli