Oxşar xəbərlər
Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsinə gəlib.
ASMEDİA.AZ xəbər verir ki, o, Xankəndidə qondarma rejimin rəhbəri Araik Arutyunyan və “xarici işlər naziri” Masis Mailyanla görüşüb.
Bununla bərabər onun arxiyepiskop Parqev Martirosyanla da görüşü nəzərdə tutulub.
Qeyd edək ki, iyunun 30-da Mnatsakanyanla Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov arasında videokonfrans baş tutmuşdu.