Zatulindən gözlənilməz: Tovuzda aqressor kimdir?

16-07-2020, 12:19

Rusiya Dövlət Dumasının ermənipərəst deputatı, MDB işləri üzrə komitənin sədri müavini Konstantin Zatulin ermənilərin Tovuz təxribatı ilə bağlı gözlənilməz açıqlama ilə çıxış edib.
ASMEDİA.AZ xəbər verir ki, erməni mediasına müsahibəsində Zatulin Ermənistan-Azərbaycan sərhədindəki hərbi müdaxilə təhrikçisini Ermənistanda axtarmaq gərəkdiyini bildirib.
“Mənim şəxsi qənaətimə görə, Ermənistan hakimiyyəti daxili siyasətdə kütləvi səhvlərə yox verib, məhkəmə sistemində islahatlar, həbslər, saxlanılmalarla siyasi gərginlik yaradıb. Hazırkı vəziyyətdə hakimiyyət bu yolla (Tovuza hücum nəzərdə tutulur – red.) istənilən müxalif və istənilən tənqidi fikri niyə də susdurmaq istəməsin?” - o deyib.
Zatulin onu da qeyd edib ki, Rusiya öz öhdəliyindən bir dəfə də imtina etməyib:
“Rusiya KTMT öhdəliyinə sadiqdir, əgər Ermənistana qarşı aqressiya olarsa, onda Rusiya müqaviləyə uyğun olaraq Ermənistanı öz ərazisi kimi qoruyacaq. Hazırda isə bunun üçün heç bir əsas yoxdur”, – deyə Zatulin Tovuz insidentinə görə İrəvanın məsuliyyət daşıdığını təsdiqləyib.


İstifadəçi paneli