Tixanovskaya Pompeonun adamı ilə görüşəcək

23-08-2020, 22:08

Belarusun keçmiş prezidentliyə namizədi Svetlana Tixanovskaya avqustun 24-də Litvada ABŞ Dövlət katibinin birinci müavini Stiven Biqenlə görüş keçirəcək.
ASMEDİA.AZ xəbər verir ki, bu məlumatı Tixanovskayanın komandası yayıb.
Qeyd edək ki, Belarusdakı vəziyyəti öyrənmək üçün Biqenin Rusyaya, daha sonra isə Litvaya qısa səfərləri gözlənilirdi. Səfərin məqsədinin Belarusda zorakılığın qarşısını almaq və Rusiyanın vəziyyətə müdaxiləsinə əngəl olmaqdır.


İstifadəçi paneli