Vilayət Eyvazov bu bölməyə yeni rəis TƏYİN ETDİ

8-09-2020, 15:24

Daxili İşlər orqanlarında yeni təyinat olub.
asmedia.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Qarayev Seymur Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsindən azad olunub.
Nazirin digər əmri ilə, o, Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi vəzifəsinə təyin olunub. 


İstifadəçi paneli