Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə...!
Surəti Azərbaycan Respublikasının birinci vitse Prezidenti Mehriban xanım Əliyevaya...!
Surəti Azərbaycan Respublikasnın Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova...!
Surəti Azərbaycan Respublikasının DTX-nin rəisi cənab Əli Nağıyevə...!
Surəti Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova...!
Surəti Azərbaycan Respublikasının Baş Prokurorluğu Koorupsiyaya qarşı mübarizə idarəsinin rəisi cənab Kamran Əliyevə...!
Surəti Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova...!
Surəti Ombudsman Səbinə xanım Əliyevaya...!
1 Saylı Cəzaçəkmə Müəssisəsində cəza cəkən 1965-ci il təvəllüdlü məhkum Hüseynov Vüqar Yaqub oğlu redaksiyamıza müraciət edərək, məktubunun Ali orqanların nəzərinə çatdırılmasını rica edib!!!
Müraciət
Mən Masallı rayon Məhkəməsinin 22.02.2019-cu il tarixli 1(050)-06,2019 saylı hökmü ilə 3(üc) il müddətində azadlıqdan məhrum edilmişəm. Bu hökmü ilə Şirvan Apellyasiya məhkəməsi qüvvədə saxlayıb.
Bu hökm tam qanunsuz, ədalətsiz və əsassızdir. Belə ki, 2017-ci ildə “İslam Oyunları” kecirilən ərəfədə Masallı rayonu Caxrılı kənd sakini tanışım Abbasov Nizami Ələsgər oğlu mənə zəng vuraraq bildirir ki, ümumi tanışımız DTX-də işləyən əməliyyat müvəkkili mayor Cəfərov Süleyman Xanlar oğluna zəng vururam telefonu acmır. Xahiş edirəm ona zəng vur xalamın nəvəsinin FHN-nə işə düzəlməsinə kömək edə bilərmi?
Məndə bir necə gündən sonra Cəfərov Süleyman Xanlar oğluna zəng vurub dostumuz Abbasov Nizami Xanlar oğlu xahişini ona çatdırdım. Cəfərov Süleyman Xanlar oğluna da yarım saata cavab verəcəyini dedi. Heç yarım saat kecməmiş zəng vurub dedi ki, mən rəisimlə danışdım o kömək edəcək amma gərək 3 000 ( üc min) manat pul düzəldib gətirsinlər. Məndə Cəfərov Süleyman Xanlar oğlunun mənə dediklərini zəng vurub Abbasov Nizami Xanlar oğluna çatdırdım. Onlar iki gün sonra gələcəklərini bildirdilər.
İki gün sonra dostumuz Abbasov Nizami Xanlar oğlu onun xalasının əri Həsənov Valeh Heybət oğlu və xalasının nəvəsi Fətullayev Əhliman Bəşir oğlu Bakıya gəldilər. Mən onlarla görüşdükdən sonra Süleyman Xanlar oğluna zəng vurub Nizamigilin gəldiyini dedim. O da yəni Cəfərov Süleyman Xanlar oğlu bildirdi ki, “Koroğlu metrostansiyasının yaxınlığında kecirilən idman yarışları ilə bağlı tədbirdəyəm ona görə “Koroğlu” metrostansiyasının yaxınlığına gəlin orada bir yerdə əyləşib məni gözləyin.
Bizdə onun dediyi kimi etdik. Orada kafelərin birində əyləşib Süleymanı gözləməyə başladıq. Süleyman müəllim gəldikdən sonra bizimlə görüşüb üzünü Valeh Həsənova tutub soruşdu ki, hazır gəlmisən oda cavab verdi ki, Bəli.
Dedi ki, onda burada kamera var çıx çölə pulu ver Nizamiyə. Onlar çölə çıxdılar ( pulu Valeh Nizamiyə vermək ücün). Nizami pulu gətirib Süleyman müəllimə vermək istəyəndə Süleyman müəllim Nizami Abbasova dedi ki , səndə pul ver Vüqara özüdə çöldə. Biz hamimiz kafedən çıxdıq Abbasov Nizami Ələsgər oğlunun Həsənov Valeh Heybət oğlundan aldIğıPolisə şikayət olunandan sonra Cəfərov Süleyman Xanlar oğlu Masallı rayon Polis şöbəsinə çağırıldı. Bizimlə bərabər. O orada Masallı rayon Polis Şöbəsinə çağırılandan sonra aldığı pulu geri qaytardı hətta Caxırlı kəndinə pulu poçtla Abbasov Nizami Ələsgər oğluna göndərdi.. Taksi vasitəsi ilə Həsənov Valeh Heybət oğluna göndərdi.
Amma məsuliyyətə cəlb olunan Abbasov Nizami Ələsgər oğlu və mən Hüseynov Vüqar Yaqub oğlu oldu. Burada böyük səhvlərə yol verildi. Pul Bakı şəhərində verildiyi halda istintaqı Masallı rayon Polis Şöbəsinin İstintaq Bölməsi apardı.
Masallı da Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi Anar Xəlilov və müstəntiq Nizami Canıyev istintaqa xitam vermək ücün məndən və Abbasov Nizamidən birlikdə 8 000 manat pul 3 000 manat pulu mənə verdi məndə 2 ( iki) metrilkdə dayanmış və Nizamigilin gözü qarşısında Cəfərov Süleyman Xanlar oğluna verdim.
Cəfərov Süleyman Xanlar oğlu verdiyi vədə əməl etmədi.
O verdiyi vədə əməl etmədiyi üçün Həsənov Valeh Heybət oğlu ərizə ilə polisə şikayət etdi.
istədi. Mən həmin pulu düzəldə bilmədim. Onun yalnız 2 500 ( iki min bes yüz ) manat düzəldə bildim. Onun 500 manatı Canıyev Nizami ( müstəntiq) 200 ( iki min) manatını isə istintaq Bölməsinin rəisi Anar Xəlilov götürdü.
Birə söz verdilər ki, məhkəmədə köməklik olunacaq. Onlar işi bağlayıb prokuroluğa göndərdilər. Masallı rayon Prokurorluğu işi geri qaytardı. Yol verilən nöqsanlara görə başqa mustəntiqə verildi.
Həmin cinayət işi məhkəməyə göndərildi. Hakim işi geri qaytardı verilən kobud nöqsanlara görə. Həmin işin istintaqı yenə həmin müstəntiqə verildi. Yəni Mahir Hüseynova. Mahir Hüseynov da itsintaq vaxtı verilən kobud səhvləri təkrarən birdə məhkəməyə göndərdi.
Bu dəfə məhkəmənin sədri Hakim Əliyev Firdovsi məhkəmə istintaqına başladı. Təxminən 3-4 ay məhkəmə prosesi getdi. Hakim Əliyev Firdovsi Zülfü oğlunun köməkçisi məndə azadlığa buraxılmağımız üçün 15 000 ( on bes min) manat istədi. Onun adi Azərdir. Soyadın bilmirəm. Bu pulun bizdə olmadığını bildirdik. Amma Azər məhkəmənin vaxtını uzatmaq ücün məndən 1 000 manat aldı. Mən ibtidai İstintaqda verdiyim 2 500 manat Canıyev Nizami ( müstəntiqdən ) geri istəsəmdə qaytarmadı. Biz bu hökmdən Şirvan Apellyasiya məhkəməsinə şikayət etdik.
Şirvan Apellyasiya Məhkəməsinin hakimi Ələsgər Novruzov istədiyi Rüşvəti Abbasov Nizami Ələsgər oğlunundan aldığı ücün onu şərti azadlığa buraxdı. Mənim isə cəzamı qüvvəsində saxladı. Bu necə ola bilər? Bunu Ələsgər Novruzov mümkün elədi.
Mənim sizdən xahişim budur ki, mənim həyat yoldaşımın ağır bəd xassəli onkoloji xəstə olmağını, qızımın tələbə olmasını və oğlumun hərbi xidmətdə olmasını nəzərə alib mənim şikayətimə baxasınız. Mən dəfələrlə bu barədə şikayət etsəmdə yalnız bir dəfə DİN-dən Danov soyadlı əməkdaş cavab verdi ki, işiniz məhkəmədədir.
Mənim sizdən xahişim budur ki, Masallı istintaq Bölməsinin rəisi Anar Xəlilovun məni aldadaraq aldığı 2 000 ( iki min) manat, Masallı rayon Polis Şöbəsinin istintaq Bölməsinin müstəntiqi Nizami Canıyev aldığı 500 manat pulu və Masallı rayon Məhkəməsinin sədri Əliyev Fridovsi Zülfü oğlunun köməkçisi Azər adlı şəxsin məndən aldığı ( aldadaraq) 1 000 manat pulların geri qaytarılmasına köməklik göstərilsin. Mən Sizə güvənirəm və inanıram ki, mənə qarşı edilən bu haqsızlığa layiqincə cavab veriləcək.
Məhkum Hüseynov Vüqar Yaqub oğlu
16.02.2020-ci il