Diaspor sədri: “Yenilməz mif olan erməni lobbisi buz kimi əriyir”

28-09-2020, 00:10

Qarabağımızın, digər ərazilərimizin düşmən işğalında olması bizi rahat buraxmır”.
asmedia.az”-ın xəbərinə görə, bunu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, hüquq üzrə elmlər doktoru Hikmət Cavadov bildirib.
O qeyd edib ki, Azərbaycanın Ukraynadakı diasporu tam ayaqdadır:
“Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün tam varlığımızla bu müharibəni gözləyirdik. Son illər Qarabağ müharibəsinin diaspor cəbhəsində də möhkəmlənmişik. Buna heç kəsin şübhəsi olmasın. Artıq dünya çapında hamımız üçün az qala yenilməz mif olan erməni lobbisi buz kimi əriyir. Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyəti, bu istiqamətdə hər iki ölkənin gördüyü işlər öz nəticəsini verir. İndi ermənilərin xarici ölkələrdə yaydıqları dezinformasiyalara qarşı iş aparmaqla məşğuluq”.
“İstənilən zaman həm olduğumuz ölkədə, həm də vətənimizə dönərək cəbhədə vuruşmağa hazırıq! Bundan başqa, ehtiyac duyularsa, xaricdə yaşayan soydaşlarımız cəbhə bölgəsinə maddi yardımlar da göstərəcək”, - H.Cavadov bildirib


İstifadəçi paneli