Hikmət Hacıyev Ermənistana xarici ölkələrdən muzdlu döyüşçülərin gətirilməsinə münasibət bildirdi

3-10-2020, 18:00

“Ermənistan tərəfində xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülərin olması ilə bağlı Azərbaycanda kifayət qədər faktlar var”.
asmedia.az” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, həmin faktlar Azərbaycanın beynəlxalq miqyasda olan tərəfdaşlarına təqdim edilib: “Ermənistan silahlı qüvvələrinin tərkibində yaxın Şərqdən gətirilmiş terrorçular, muzdlu şəxslər iştirak edirlər. Onlar cəbhənin ön xəttinə çıxarılırlar. Həmişə Ermənistan tərəfindən muzdlulardan terrorçulardan ölkəmizə qarşı istifadə olunub”.
H.Hacıyeb qeyd edib ki, son dövrlər bir sıra ölkələrdə, Avropa ölkələrində olan erməni əsilli şəxslərin muzdlular kimi Azərbaycana qarşı döyüşlərdə iştirak etməsi ilə bağlı faktlar vardır: “Biz də kanlallardan istifadə edərək aiddiyyatı dövlətlərə müraciət edirik ki, öz vətəndaşlarına sahib çıxsınlar və onları bu kimi qeyri-qanuni əməllərdən çəkindirsinlər. Xüsusən də Yunansıtandan və başqa ölkələrdən belə məlumatlar daxil olur. Onların da diqqətlərinə çatdırırıq ki, əgər bu qəbildən olan şəsslər işğal olunmuş ərazilərimzə gəlib Azərbaycan hərbiçilərinə, əhalisinə qarşı silahdan istifadə edəcəklərsə onlar beynəlxalq humatinar hüquqa əsasən kompatant anlayışını daşıyırlar. Onlar legitim hərbi hədəfdirlər ki, Silahlı Qüvvələrimiz tərəfindən də onların zərərsizləşdirilməsi istiqamətində bütün addımlar atılacaq”.


İstifadəçi paneli