Mərkəzi Bank 150 milyon manat cəlb edir

7-12-2019, 10:34

Dekabrın 9-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AMB-dən Trend-ə bildirilib ki, hibrid hərracda 150 000 000 (yüz əlli milyon) məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.
Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,01% - 7,74 faiz təşkil edir.


İstifadəçi paneli