Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verdi

8-12-2019, 19:54

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Odessa şəhərindəki kollecdə baş verən güclü yanğın zamanı dünyasını dəyişənlərin ailələrinə başsağlığı verib. Asmedia.az-ın məlumatına görə, bu barədə nazirliyin Tvitter səhifəsində yazılıb. 
“Dekabrın 5-də Odessa şəhər kollecində baş verən yanğınla əlaqədar Ukraynada milli matəm günü elan olunub. Biz yanğında həyatını itirənlərin ailələrinə və Ukrayna xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, - deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, Odessa şəhərində kollec binasında baş verən yanğın zamanı 10 nəfər ölüb. Hadisə zamanı 30 nəfər xəsarət alıb. Ölkə prezidenti Vladimir Zelenski dekabrın 8-ini ölkədə ümummilli matəm günü elan edib. Ukraynada bütün dövlət bayraqları endirilib.  


İstifadəçi paneli