Prezident İlham Əliyev Böyük Britaniyanın Baş nazirini təbrik edib

13-12-2019, 23:47

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consona təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli cənab Baş nazir, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə yenidən təyin olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət veririk. Enerji sektorunda səmərəli fəaliyyətimiz xüsusi məmnunluq doğurur.
İnanıram ki, qarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etdirilməsi və dərinləşdirilməsi istiqamətində Sizinlə birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə ən xoş arzularımı yetirir, məsul fəaliyyətinizdə uğurlar diləyirəm".


İstifadəçi paneli