Məmmədyarov Türk Şurasının baş katibi ilə görüşdü

9-11-2019, 20:32

Xarici İşlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər nazirləri Şurasının Antalyada keçirilən iclası çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb. 
Asmedia.az xəbər verir ki, baş katib Bağdad Amreyev Türk Şurasının Bakı Zirvə Görüşünün yüksək səviyyədə təşkilindən məmnunluq ifadə edib və Azərbaycanın bu kimi tədbirlərin keçirilməsi təcrübəsini yüksək dəyərləndirib. Amreyev TDƏŞ-ə artan marağı qeyd edərək, bir çox ölkələr tərəfindən təşkilatda müşahidəçi qismində qoşulmaq istəyinin ifadə edildiyini bildirib.
Təşkilatın qarşıda duran əsas vəzifələrinə toxunan B.Amreyev üzv ölkələrinin energetika nazirlərinin görüşünün keçirilməsi məsələsinin gündəlikdə durduğunu qeyd edib.


İstifadəçi paneli