Seçici siyahısında adı olmayanlar nə etsin?

17-12-2019, 15:49

Xəbər verdiyimiz kimi, bu ilin dekabrın 23-də bələdiyyə seçkiləri və 2020- ci ilin fevralın 9-da isə növbədənkənar parlament seçkiləri keçiriləcək. Asmedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hər iki seçki ilə bağlı, xüsusilə də növbədənkənar parlament seçkilərinə cəmiyyətdə maraq artıb. Artıq  bir neçə tanınmış şəxslər seçkilərə namizəd kimi qatılmaq qərarı veriblər. Namizədlər təmsil olunacaqları dairələrdən seçiciləri aktiv olmağa və səsvermədə iştirak etməyə çağırırlar. 
Bu məsələdə seçiciləri əsas maraqlandıran məsələ adlarının seçici siyahısında olub olmaması ilə bağlıdır. Bunu bilmək üçün ilk növbədə seçici Mərkəzi Seçki Komissiyasının seçicilər informasiya mərkəzinə müraciət etməlidir. Yəni MSK-nın saytında sözügedən bölməyə daxil olmaq lazımdır. 
Bundan sonra “Adınızı seçici siyahısında axtarın”  bölməsinə daxil olub ad, soyad, ata adı, doğum tarixi və qeydiyyatda olduğunuz ərazi üzrə dairəni yazmaqla axtarış düyməsinə basın. Hansı dairədə qeydiyyatda olduğunuzu bilmirsizsə, həmin hissəni boş saxlaya bilərsiz. 
Bu arada bildirək ki, sözügedən formadan istifadə edib adını seçici siyahısında tapmayan vətəndaşlar da var. Belə şəxslər Mərkəzi Seçki Komissiyasının Qaynar Xəttinə müraciət etməlidirlər. 


İstifadəçi paneli