XEYRİ YOXDUR EY, KÜÇÜKSƏN!

5-03-2024, 14:45

İDEAL Qəzet
№17 (251)
23 dekabr 2005 
Rauf 13- cü zonda H.Əliyevin ruhuna ehsan verəndə də küçük idi... indi də küçükdür...
Arifin oğlundan səs çıxdı. Bədbəxt bəlkə biraz da sussaydı yadımızdan çıxacaqdı.
İbnəsi var elə bil...Sərdar Cəlaloğlunun dostu (Rauf Şenok – red.) ömrü boyu ədalətinə inanmadığı məhkəmələrə gileylənib ki, bəs “ İdeal” ona küçük deyir.
İddia edir ki, qəzetimiz ondan üzr istəməli, yazı müəllifi, yəni mən qəzetin baş redaktoru Nazim Quliyev onun “şərəf və ləyaqət” inə toxunduğuna  görə məsuliyyətə cəlb olunmalıdır.
Bəri başdan deyim ki, bizim üçün üzr istəmək məsələsi daha əhəmiyyətli olduğundan bu yazıda çalışacağıq ki, Rauf Şenok tam razı qalsın, yəni ondan hansısa formada üzrdür nədir ondan istəyək.
O ki, qaldı  "şərəf və ləyaqət" məsələsinə Rauf Şenok bilməlidir ki, onda bu keyfiyyət varsa, o qədər cazibədardır ki, ona “ toxunmamaq” olmur.
Ümumiyyətlə, hərə bir şeydən ləzzət alır: cibgirlər- oğurluqdan, kasıblar- ağlamaqdan, varlılar- qorxudan, paqonlar-söyüşdən, narkomanlar- ağrıdan, müxalifət- dubinkadan və s....
Məni qınamayın, mən bu dəfə Rauf Şenokda “ şərəf və ləyaqət” adında hissə “ toxunuş”umdan ləzzət aldım.
Çingiz Abdullayev deyir ki, o yazılarından aldığı ləzzəti ancaq erotik həzzlə müqayisə edə bilərəm.
Onun çox temperamentli “şərəf və ləyaqəti” varmış, əziz Oxucum!
Sözlə deyiləsi deyil, toxunan bilər...
Gəlin öncə bir əsas məqama aydınlıq gətirməyə çalışaq.
Görək bu “ şərəf və ləyaqət” nə olan şeydir və bütün bunlar ən azı bir hiss olaraq kimlərdə olur?
Şərəfli, ləyaqətli insanlar daha yaxşı bilərlər ki, o məxluqlar üçün məxsusdur ki, o özündə qoruyub saxladığı belə toxunulmaz hissləri başqalarında görə və hörmətlə yanaşa bilər.
Belələrinə elmdə insan deyirlər. Başqa sözlə, belə anlaşılır ki, bu keyfiyyət küçük kimi heyvan tipinə aid edilə bilməz.
Qeyri –adidir həm də o hal ki, Rauf Şenok özü küçük ola-ola  "şərəf və ləyaqət” davası edir. Görünən odur ki, onun ünvanına deyilən  "küçük"  anlayışının etimalogiyası, tarixi və bizə qədər onu belə çağıran tutaq ki, Sərdar Cəlaloğlunun məsuliyyəti onu qətiyyən maraqlandırmır...
Şəxsən mənim üçün əsas olan o idi ki, Rauf Şenokda belə bir müqavimət hissi oyada bilim və bütün mümkün bacarığımla onu başa salmağa çalışım ki, ay Şenok, hər gün nəşr etdirdiyin tualet kağızında Cənab Prezident İlham Əliyevin ünvanına İlham...ham...ham yazanda sənin bu  “hisslərin" haranda gizlənirdi?
Adam az qala yaza ki, özünə hörmət qoyan köpək oğlu da Prezident haqqında belə əxlaqsız, yalnız fahişə ağzına uyğun olan ifadələr yazarmı?
Amma belə yazmaq həqiqətən də olmur.
Maraqlı və sevindirici haldır ki, Rauf Şenok üçün onun şəxsi həyatına yazdığım dəqiq faktlar,məsələn bir xanım əməkdaşının onun başında külqabı qırması arvadı ilə intim münasibətlərə görə ərini redaktor etdiyi şəxsin kimliyi, ətrafına yığdığı baldız, xala-əmi qızları ilə abırsız davranışıarı deyil, “ küçük” ayaması daha abırlıdır.
Adam inanmaq istəyir ki, Rauf Şenok yuxarıda sadaladığım əməllərə nəzərən  "kişi fahişə” si olmağına elədir, amma deyəsən, həqiqətən də "küçük"deyil axı!
Fəqət mən Sərdar Cəlaloğluna daha çox inanıram bu xüsusda. Kişinin oğlu nə isə bilməsə, qətiyyən Arifin oğluna Şenok deməzdi.Əgər deyibsə, demək nə isə var. Və əgər varsa Rauf Şenok istəyir Avropa məhkəməsinə kimi sürünsün xeyri yoxdur. Ən azı təkcə Prezident İlham Əliyevin ünvanına yazdıqlarına görə o, "İDEAL" üçün küçük olaraq qalacaq.
Çünki onun yazdıqları ancaq küçük əxlaqını ifadə edir ki, bunun da istəməsək belə Arif kişiyə dəxli var.
Yəni məntiqi olaraq üzr istəmək də problemli bir konu deyil.
Bizim üçün birinci Rauf Şenok tərpənməlidir.
Düz 17 nömrə dalbadal hörmətli Prezidentimizə öz qəzetinin 9 - cu səhifəsində , özü də bir səhifə həcmində yalvar-yapış etməlidir ki, əvvəla küçük hərəkətlərinə görə onu bağışlasın.
Yalnız ondan sonra növbə “ İdeal “ındır.
Atalar düz buyurubsa ,deməli, pazı-pazla çıxarmaq gərəkdir. Başqa əlac da var Rauf Şenok üçün...
Əgər o özünü küçük kimi tanıtmaq istəmirsə, o zaman özünə məxsus “ türkçülüyündən” yararlansın, “küçük” yanaşmasını məhz “ türkün sözü “ kimi qəbul etməyə çalışsın.
O zaman Şenok “balaca” məsələn, küçük Əmrah, küçük İbo və,s kimi təsəvvür edə bilər. Yoxsa, sən öz küçükçülüyünü məhkəmə vasitəsilə rəsmiləşdir.
Belə də olmur axı.Buna “ İdeal “ neynəsin.
Yeri gəlmişkən, Rauf Şenokla həbsdə də küçük kimi davranıblar.Buna qədər isə o küçük kimi qaçıb Steynor Girin harasınasa girmişdi.
13 saylı cəza çəkmə müəssisəsində “ polojennets” Ceyhun nəql edir ki, mərhum Liderimiz Heydər Əliyevin qarşısında bülbül kimi ötməsinə baxmayın,ayağını yerə vuranda Rauf düz dururdu.Onun sözlərinə görə o Raufu yoxlamaq üçün mərhum Liderin ölümünün il dönümünə 5 baş qoyun gətirib, zonda kəsdirməyi tapşırıb və Rauf Şenok olduğunu bir daha sübut edib.
Belə ki, o dərhal bunu əməl edib və Ulu Öndərimizin ruhuna ehsan paylayıb. Bundan başqa Ramazan bayramında da Raufa pul xərclətdiriblər.
Söz yox o, bunu kişi kimi də edə bilərdi, amma nə yazıq ki küçük kimi etməli olub.
Bunu isə MTN-nin poçtuna ünvanlayırıq. Rauf Şenok həbsdə olarkən,ölkənin ən qatı kriminal qruplarının diqqətini cəlb edib və onların təsirinə düşüb.
Onun kriminal qrupların maraqlarına xidməti keçmiş “qanuni oğru” Qulinin məhkəməsi ərəfəsində görünən tərzdə olduğundan “İdeal” olaraq MTN-ə məsləhət bilirik ki, R.Şenokun kriminal dairələrlə əlaqələri yoxlanılsın.
“Yeni Müsavatın” ın maliyyələşməsində cinayət yolu ilə əldə olunmuş pulların varlığı üçün kifayət qədər əsaslar var ki, bütün bunları da mövcud olan həmin əlaqələrin yoxlanması ilə aydınlaşdırmaq mümkündür.
Ümid edirik ki, MTN- in bu xüsusda konkret addımları özünü çox gözlətməyəcək.
Rauf Şenok isə bilməlidir ki, küçüyün “şərəf və ləyaqət”i onun küçüklüyü, boy-buxunundadır.
"Detdom” uşaqlarının atası olmadığı kimi küçüyün də şərəf və ləyaqəti olmur, ay küçük!
Xeyri yoxdur ey, küçüksən!
________________________________________
İş № 1-122 2006-cı il 
Azərbaycan Respublikası adından
HÖKM
Xətai Rayonu Məhkəməsi
Hakim Tahir AbduLrəhim öğlu İsmayılovun sədrliyi məhkəmə katibi Elman Xanlaroğlu Abdıyevin xüsusi ittihamçılar Rauf Arif oğlu Abbasoun nümayəndəsi Mübariz Zülfüqar oğlu Qarayevin, Elşad İslam oğlu Abdullayevin, Qüdrət Müzəffər oğlu Həsənquliyevin nümayəndəsi Fazil Şamil oğlu Nəsibovun, Ağgül İstrafil qızı Məmmədovanın, Natəvan Arif qızı Məmmədovanın nümayəndəsi Yusif Vəliyullah oğlu Arıxovun, Rəmziyyə Həmzə qızı Abdullayevanın nümayəndəsi Yaqub Şamaryayeviç Şamaryayevin, Xəqani Dəmir oğlu Əsgərovun iştirakı ilə Nazim Telman oğlu Quliyevin Azərbaycan Respublikasının CM-nin 147.1., 147.2., 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında materiallara Bakı şəhəri Xətai Rayon məhkəməsinin binasıda açıq məhkəmə iclasında 2006- cı il Mayın 18- də baxaraq
MÜƏYYƏN ETDİ:
Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Nazim Telman oğlu Quliyevin Azərbaycan Respublikasının CM –nin 147 və 148 –ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmir.
Azərbaycan Respublikasının CPM –nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda təqsirliyi sübuta yetirilmədikdə onun barəsində bəraət hökmü çıxarılmalıdır.
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM- nin 42, 321, 356, və 384- cü maddələrini rəhbər tutaraq
HÖKM ETDİ:
Nazim Telman oğlu Quliyevin Azərbaycan Respublikasının CM- nin 147.1., 147.2., 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi sübuta yetirilmədiyindən ona bəraət verilsin.
Qərardan 20 gün müddətində Xətai Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin Cinayət və İnzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər
Sədrlik edən: Tahir İsmayılov


İstifadəçi paneli