“Havayı yerə vaxtımızı almasınlar” - Məzahir Pənahov

22-12-2019, 17:30

"İndiyə qədər bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına heç bir şikayət daxil olmayıb. Namizədlər üçün hər cür şərait yaradılıb, heç kimə maneçilik törədilməyib".
"Qafqazinfo" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib. 
Pənahov bildirib ki, seçkilərə kölgə salmaq istəyən insanlar da yersiz şikayətlər etməsinlər: "Mənasız, dezinformasiya xarakterli fikirləri yaymağa cəhd etməsinlər. Havayı yerə bizim vaxtımızı almasınlar. Biz onsuzda bütün halları araşdırırq. Bəziləri sosial şəbəkələrdə ajiotaj yaratmağa çalışırlar, məsələləri şişirdirlər, əsassız məlumatlar yayırlar. Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, əgər hər hansı xoşagəlməz hal olarsa, bu barədə Mərkəzi Seçki Komissiyasına məlumat verilməlidir. Əgər doğurdan da xoşagəlməz hal varsa, dərhal tədbirlər görülüb aradan qaldırılacaq. Biz maksimum dərəcə də çalışırıq ki, xoşagəlməz hallar olmasın”.


İstifadəçi paneli