Bayram tətilinə gedən tələbə təm qazından öldü

4-01-2020, 11:43

 Bakıdan Gəncəyə bayram tətilinə gedən tələbə dəm qazından boğularaq ölüb.

Asmedia.az "Qafqazinfo"-ya istinadən  xəbər verir ki, hadisə Gəncənin Gülüstan qəsəbəsində baş verib. Kəlbəcər rayon sakini, Bakıda təhsil alan tələbə, 1998-ci il təvəllüdlü Məmmədov Tural Uğur oğlu nənəsinin yaşadığı evdə hamamda çimərkən dəm qazından boğulub.
 Tural Məmmədov xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub. 
Faktla bağlı araçdırma aparılır. 


İstifadəçi paneli