“Həzi Aslanov” metrostansiyasının eskalatoru sökülür

15-01-2020, 15:54

“Həzi Aslanov” stansiyasının “ET-5M” tipli 1 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb.
Asmedia.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-dən BAKU.WS-ə verilən məlumata əsasən, müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 150.000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.
Bildirilir ki, təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq.
Eskalatorların yenidən istismara verilməsi may ayına planlaşdırılır.
Qeyd edək ki, bu eskalatorda əsaslı təmir işləri ilk dəfə aparılır.


İstifadəçi paneli