Oxşar xəbərlər
Qobustanda qayalıqda, daşlar arasında ovularaq tikilən mağaralar öz sirrini hələ də saxlamaqdadır.
Asmedia.az Oxu.az-a istinadən xəbər verir ki, Qalacıq mağaraları rayonun Bədəlli kəndindən təxminən 3-4 min metr cənub-şərqdə yerləşir.
Tarixi mənbələrdə V-VI əsrə aid olduğu bildirilən mağara 6 otaqdan ibarətdir. Qayaların içində ovulan dairəvi hücrələr bir-birinə bağlıdır. Hər bir hücrənin daxilində giriş-çıxışı üçün yollar var.
Qalacıqlara gedən yol əlverişsiz olduğundan buradan çox az adamın xəbəri var. Çox təssüf ki bu qədim məkan turistik imkanlarından yararlana bilmir.
Əgər bura turizm marşurutu salınarsa , bu mağaralar tez bir zamanda məşhurlaşar.