Türkiyənin Elazığ vilayətində baş vermiş 6,8 maqnitudalı zəlzələ nəticəsində həyatını itirənlərin sayı 31 nəfərə çatıb. 382-si yaralı olmaqla, 1556 nəfər xəstəxanalara müraciət edib
Bununla bağlı Asmedia.az bildirir ki, "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə təcili tibbi yardım xidmətinin yaydığı məlumatda qeyd olunub.
Bundan əvvəl 29 nəfərin öldüyü, 1466 nəfərin də xəsarət aldığı deyilirdi.Hazırda bölgədə xilasetmə işləri davam etdirilir.
Türkiyənin Fəlakət və Fövqəladə Vəziyyətin İdarəedilməsi Orqanı (AFAD) tərəfindən verilən açıqlamaya görə, zəlzələ nəticəsində 76 bina dağılıb, 642 binaya ciddi, 425 binaya isə az və ya orta dərəcədə ziyan dəyib.
İlk dağıdıcı zəlzələdən sonra bölgədə 19-nun gücü maksimum 4 bal olan 533 yeraltı təkan qeydə alınıb.