Koronavirusu məhv edən molekul tapılıb

29-01-2020, 08:04

İsveçrədə koronavirusu məhv edən molekul tapılıb.
Bu barədə Asmedia.az "İzvestiya"ya istinadən xəbər verir.
Bildirilir ki, alimlər molekulun Çində geniş yayılan 2019-nCoV koronavirusuna qalib gələ biləcəyi ehtimal edir.
Hazırda yayılmaqda olan koronavirusa qarşı heç bir preparat mövcud deyil. Ancaq isveçrəli alimlər  dəvələrdən və yarasalardan insana keçən MERS koronovirusu əleyhinə dərman yaratmaq üçün K22 molekulunu kəşf ediblər. Məlumata görə, bununla bağlı dərmanın yaradılması bir müddət əvvəl maliyyə səbəbindən təxirə salınıb.
Qeyd edilir ki, 2019-nCoV infeksiyasının yayılması K22 perspektivli "namizəd" ola bilər.


İstifadəçi paneli