Yeniyetmələrə qanunsuz dini təhsil verən azərbaycanlı məsuliyyətə cəlb olundu

4-02-2020, 23:24

3-cü İnternasional küçəsində yaşayış evində yerləşən “Birlik” adlı Tver Regional Mədəni İctimai Marifləndirmə təşkilatı missioner fəaliyyəti ilə məşğul olub.
Xəbərdə bildirilib ki, yaşayış məskənində 12 nəfər Rusiya vətəndaşı olan yeniyetmə daimi olaraq yaşayır. Onlara burada dini təhsil və ayinlər öyrədilir.
Bundan əlavə, həmin birliyə müəyyən vaxtlarda digər yeniyetmələr də gəlir.
Araşdırma zamanı məlum olub ki, missionerlik fəaliyyəti qanuna zidd olub, dini birlik olmadan həyata keçirilib və hüquqi sənədi olmayıb.
Faktla əlaqədar inzibati məsuliyyətə cəlb edilən azərbaycanlı 100 min rubl (2,670 AZN) cərimə edilib.
// Tgnews.ru //


İstifadəçi paneli