Paytaxt məktəbliləri arasında “Avropa Pul Viktorinası” keçiriləcək

6-02-2020, 12:13

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Avropa Pul Viktorinası” keçiriləcək.

“Avropa Pul Viktorinası” məktəblilərin maliyyə savadlılığının artırılması və onların müvafiq istiqamət üzrə maarifləndirilməsi məqsədilə keçirilir.
Viktorinada iştirak edəcək 13-15 yaşlı məktəblilərə bank-maliyyə xidmətləri, pul nişanlarının emissiyası və tədavülü, rəqəmsal ödənişlər və vergilər kimi iqtisadi mövzular üzrə suallar veriləcək.


İstifadəçi paneli