“Pensiyaların nəzərəçarpan dərəcədə artırılması ilə əlaqədar sərəncam hər şeydən əvvəl Prezident İlham Əliyevin bəyan etdiyi “siyasətimizin mərkəzində Azərbaycan insanı dayanır” prinsipinin növbəti əyani təcəssümü sayıla bilər”
Baş nazirin müavini Əli Əhmədov özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
O bildirib ki, fevral ayının 6-da Prezident İlham Əliyev əmək pensiyalarının artırılması ilə əlaqədar sərəncam imzalayıb: “Sərəncama əsasən, yanvar ayının 1-dən etibarən bütün əmək pensiyalarının 16,6 faiz artırılması nəzərdə tutulur. Etiraf etmək lazımdır ki, pensiyaların ciddi şəkildə, qeyd edildiyi kimi 16,6 faiz artırılması əhalinin böyük bir kateqoriyasının, təxminən 1,2 milyon insanın ailə büdcəsinə əhəmiyyətli əlavədir. Cəmi bir neçə ay bundan əvvəl pensiyaların minimum həddinin 70 faizdən çox artırılmasını da nəzərə alsaq pensiyaçıların həyat şəraitinin yaxşılaşdırılmasına Prezident İlham Əliyevin birbaşa göstərişi ilə dövlət tərəfindən göstərilən diqqətin və dəstəyin miqyasını təsəvvür etmək mümkündür”.