Bakıda metrosunda özünü qatar yoluna atan şəxsin kimliyi məlum olub.
Asmedia.az oxu.az-a istinadən xəbər verir ki, həmin şəxs polis əməkdaşları tərəfindən 1 saylı şəhər Kliniki Xəstəxanasına aparılıb.
Əldə etdiyimiz məlumata görə, sözügedən şəxs 1988-ci il təvəllüdlü Şükürov Tural Sahib oğludur. Baş gicəllənməsi ilə həkimə müraciət edən T.Şükürov bildirib ki, özünü stansiya yoluna atmaq fikri olmayıb. Hadisə onun müvazinətini itirməsi nəticəsində baş verib.
İlkin müayinədən sonra onun evə buraxılacağı bildirilib.
21:22
Metroda sərnişin özünü qatar yoluna atıb.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə hadisə metronun Nəriman Nərimanov stansiyasında, saat 20:43-də baş verib:
“Sərnişin anidən özünü qatar yoluna atıb. Maşinist çevik reaksiya verərək qatarı saxlayıb. Aidiyyəti üzrə sərnişin qatar yolundan əməkdaşlar tərəfindən çıxarılaraq polisə təhvil verilib. Hadisə səbəbindən qatarların intervalında 10 dəqiqəyə qədər yubanma olub”.