Bu barədə Asmedia.az 7dney.ru mənbələrinə istinadla xəbər yayıb.
Ümumi sahəsi 250 kvadratmetr olan mənzil “Xilaskar Məsih” məbədinin yaxınlığında yaşayış binasında yerləşir. Mənzilin qiyməti açıqlanmır. Rieltorların fikrincə, mənzilin bir kvadratmetrinin qiyməti 1-1.5 milyon rubl (27000-41000 AZN) ola bilər. Elit mənzilin satışa çıxarılmasının səbəbi məlum deyil.
Hazırda bu mənzildə Kanada səfirliyinin əməkdaşları yaşayır.
II Elizabetin Moskvada bahalı əmlaka sahib olması 2019-cu ilin yayından məlum olub. Onun “Birinci Obıdenski” küçəsində 10 saylı evdə dörd mənzilə sahib olduğu bildirilmişdi. “Rosreyestr” sənədlərində mənzilin sahibi II Elizabet göstərilib.
Sahəsi 839 kvadratmetr olan mənzilin ümumi kadastr dəyəri isə 540 milyon rubl (13809600 AZN) təşkil edir.