Neftçala İcra Hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov vəzifəsindən azad edilib.
Birinci müavin V.Əkbərovun adı Neftçala İcra Hakimiyyətinin saytında aparatın struktur bölməsindən çıxarılıb.
Qeyd edək ki, fevralın 20-də Dövlət Təhlükəsizliyi Xidməti Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
Neftçalanın İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov həbs edilib.
Eyni zamanda, DTX tərəfindən Neftçala İcra Hakimiyyətində keçirilən əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini, deputatlığa namizəd Gültəkin Sadıqova vəzifəsindən azad edilmişdi.