Oxşar xəbərlər
Bununla bağlı Təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, kompensasiya dərs ilinin uzadılmasının hesabına yox, əlavə dərs saatlarının salınması hesabına həyata keçiriləcək.
Nazir müavini, həmçinin hazırda dərslərə verilən fasilənin müddətinin uzadılıb-uzadılmayacağından da danışıb. O bildirib ki, vəziyyətdən asılı olaraq məsələ ilə bağlı qərar veriləcək:
“Nazirlər Kabineti tərəfindən Qərargah yaradılıb. Proseslər izlənilir. Nəticədən asılı olaraq müvafiq qərar qəbul ediləcək. Bugünkü tarixə kimi müddətin uzadılması ilə bağlı fikirlər mövcud deyil”.